Elm və Təhsil Nazirliyində yeni təyinat olub

Hazırda oxunan: Elm və Təhsil Nazirliyində yeni təyinat olub

158375

Elm və Təhsil Nazirliyində yeni təyinat olub. 

Bizim.Media report-a istinadən xəbər verir ki, müvafiq əmrlə Turxan Süleyman Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, şöbə müdiri vəzifəsinə müvəqqəti icraçı təyin olunub. 

Qeyd edək ki, 35 yaşlı şöbə müdiri Bakı Slavyan Universitetinin bakalavr, Bakı Dövlət Universitetinin magistratura və doktorantura məzunudur. 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və şöbə müdiri vəzifəsində çalışıb. 

O, həmçinin "Yüksəliş" müsabiqəsinin qalibidir. 

Məlumat üçün bildirək ki, bundan əvvəl həmin vəzifənin icrası Yaqub Piriyevə həvalə olunmuşdu. O, Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Mühəndislik Universitetinə rektor təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO