Böyük Qələbənin BAŞLADIĞI GÜN – Bu il 27 sentyabr BİR BAŞQADIR...

Hazırda oxunan: Böyük Qələbənin BAŞLADIĞI GÜN – Bu il 27 sentyabr BİR BAŞQADIR...

157214

Artıq 3-cü ildir ki, xalqımız 44 günlük müharibənin şəhidlərini böyük hörmət və ehtiramla yad edir. Ötən iki ildə xalqımız bu günü təkcə hüzn günü kimi yox, həm də Böyük Qələbəyə gedən yolun başlanğıcı kimi qeyd edib. Lakin, bu il mənzərə bir qədər fərqlidir. Bu il xalqımız şəhidlərimizi ehtiramla anmaqla yanaşı həm də Qarabağın separatçılardan azad olması günü kimi qürurla qeyd edir. Artıq Qarabağ sözün hər mənasında Azərbaycandır. 

Böyük Qələbənin başladığı gün - 27 sentyabr

Bu gün Qarabağda inzibati idarəetmənin və reinteqrasiya proseslərinin başlaması və ən nəhayət Ermənistan silahlı birləşmələrinin bir dəfəlik ləğv edilməsinin təməli təbii ki, 27 sentyabr 2020-ci ildə qoyuldu.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 3 il ÖTÜR


Məhz həmin gün Azərbaycan xalqı və Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın müharibə ritorikalarına və yeni ərazi iddialarına qarşı ayağa qalxdı. Və cəmi 44 gündə Azərbaycanın ərazi bütövlüyü bərqərar olundu. 

30 illik həsrət, xəcalət hissi bitdi. Azərbaycan xalqı üçün yeni bir dövr başladı. Yeni qəhrəmanlıqların və uğurların sıralandığı sonrakı illərdə təkcə dədə-baba ocaqlarımıza qayıtmadıq, həm də dünyanı təəccübləndirməyi bacardıq. 
- Dünyanın hərb tarixçiləri və səlnaməçiləri 44 günlük mühraibəni gah “Ulduz müharibəsi”, gah da “PUA-ların döyüşü” adlandırdı. 

- Dünyanın qüdrətli ordusuna malik ABŞ, Almaniya, Böyük Britaniya, Rusiya və digər ölkələr 44 günlük müharibədə Azərbaycanın seçdiyi döyüş və hücum taktikasını öyrənməyə başladı. 

- BMT, ATƏT  kimi  Beynəlxalq təşkilatların 30 ildə çözə bilmədiyi problemi Azərbaycan cəmi 44 gündə  həll etdi.

44 günlük müharibə bir sıra mifləri və iddiaları da darmadağın etdi. Ermənilərin son 200 ildə qurduqları dənizdən-dənizə “Böyük Ermənistan” xülyaları məhz sentyabrın 27-də dəfn edildi. Bu tarixədək ermənilər özlərini ari xalq hesab edirdilər. Və Avropanın bir sıra dövlətlərinə ərazi iddiaları irəli sürürdülər. 

Bir zamanlar ermənilər hətta dünyanı idarəetmək iddiasına düşmüşdülər. Məhz sentyabrın 27 də bu sərsəm iddialar bir dəfəlik dəfn olundu. Nəticədə sivilizasiya ermənilik xəstəliyindən xilas oldu.

27 sentyabr dünyada erməni xəstəliyindən qurtuluş günüdür

Bu gün ruslar da, fransızlar da amerikalılar da azərbaycanlılara minnətdar olmalıdırlar. Ona görə ki, “Artsax”dan sonra “dirçəliş hərəkatı”, Cavaxetiyada, Krasnodarda, Marseldə və Kaliforniyada başlayacaqdı. Məhz sentyabrın 27-də dünya bu sərsəm iddialardan və xəstə təxəyüllərdən xilas oldu.

27 sentyabr regionun inkişafında yeni səhifə açdı

Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra Cənubi Qafqazda yeni geosiyasi mənzərə yarandı. Azərbaycan dünyaya yeni güc mərkəzi kimi doğdu. Bu gün Azərbaycan Avrasiyanın, dolayısı ilə dünyanın geosiyasi mənzərəsini dəyişdirəcək layihələr təqdim edir. 

- 27 sentyabr son 100 ildə türk dünyasının ilk zəfər yürüşünün başlanğıcı gündür.

- 27 sentyabr son 150 ildə bir müsəlman dövlətinin bir xristian dövlətinə qarşı apardığı müharibədə uğurlu nəticə qazanmağa başladığı gündür. 

Qoy, bu faktlar dünyaya qalsın. Bizə qalansa 27 sentyabr 3 mindən artıq şəhidimizin qanı bahasına suvarılan torpaqların yenidən Vətən olduğu gündür.

- “Artsax” və “Miatsum”un dəfn edildiyi gündür.

- Şuşa, Kəlbəcər, Laçın  və daha onlarla müqəddəs ocaqlara qovuşacağımız günün soraq verildiyi tarixdir.

- Xankəndinə, Xocalıya, Xocavəndə qayıdacağımız günün çox yaxında olduğunu diqtə edən gündür.

Bir sözlə 27 sentyabr bir millətin, bir dövlətin var olduğu gündür.

Bu gün hər birimizin yenidən doğulduğu gündür. Son 3 ildə qazandığımız və bundan sonra qazanacağımız bütün uğurlar üçün biz 27 sentyabra hər zaman borclu olacağıq. Ona görə də deyirik ki, sağ ol, 27 sentyabr! Yaxşı ki, gəldin. 


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO