DİM-dən danışıq bloku üzrə imtahan verəcək şəxslərə MÜRACİƏT 

Hazırda oxunan: DİM-dən danışıq bloku üzrə imtahan verəcək şəxslərə MÜRACİƏT 

141370

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının danışıq blokundan imtahan iyunun 16-dan 19-dək keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni linkə daxil olaraq çap edə bilərlər. İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq. 

İştirakçılar kompüter proqramının “demo” versiyası ilə linkdən tanış ola bilərlər. İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO