Doktorantura və dissertanturaya qəbul imtahanı başladı

Hazırda oxunan: Doktorantura və dissertanturaya qəbul imtahanı başladı

140853

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanları keçirir.

Bu barədə Bizim.Media-ya DİM-dən bildirilib.

İmtahanlarda ümumilikdə 2324 nəfərin iştirakı nəzərdə tutulur. Doktoranturaya qəbul imtahanına 1841 nəfər (1795 nəfər ingilis dili, 26 nəfər fransız dili, 20 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 483 nəfər (470 nəfər ingilis dili, 6 nəfər fransız dili, 7 nəfər alman dili) qeydiyyatdan keçib. 4 əcnəbi isə Azərbaycan dili üzrə imtahan verəcək.
İmtahanda 3 nəfər fiziki məhdudiyyətli (gözdən əlil) namizəd də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zal ayrılıb və fərdi nəzarətçilər təyin edilib.

Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahanlar saat 10:00-da başlayıb.

İmtahanın müddəti 2 saat 30 dəqiqədir. İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isə yazılı tapşırığın yerinə yetirilməsinə ayrılır. İmtahanların keçirilməsi üçün ümumilikdə 11 imtahan binası, 29 imtahan rəhbəri, 11 ümumi imtahan rəhbəri, 217 nəzarətçi-müəllim, 27 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO