Aqrar Universitetdə zərərvericilərə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib

Aqrar Universitetdə zərərvericilərə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib

Hazırda oxunan: Aqrar Universitetdə zərərvericilərə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib
125924
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı tərəfindən icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətliliyinin Gücləndirilməsi Layihəsi (KTRQGL) çərçivəsində bitki sağlamlığı və fitosanitariya sisteminin təkmilləşdirilməsi sub-komponenti üzrə “Zərərverən orqanizmlərə qarşı inteqrə olunmuş mübarizə tədbirləri”x9d (ZQİMT) mövzusunda fermerlər üçün təlimlərin keçirilməsinə Azərbaycan Dövlət Aqrar Universitetindən başlanılıb. ADAU-nun mətbuat xidmətinin verdiyi xəbərə görə dəyirmi masanın keçirilməsində əsas məqsəd təlimlərin səmərəli təşkili, ölkə üzrə bu sahədə fəaliyyət göstərən müvafiq qurumların və mütəxəssislərin potensialından tam faydalanmaqdır. Dəyirmi masada Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kreditlərin və Layihələrin İdarə Olunması üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin (DFNX), Bitgi Mühafizə və Texniki Bitgilər üzrə Elmi Tədqiqat institutu (BMTBETİ), Elmi-Tədqiqat Əkinçilik, Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq, Elmi Tədqiqat Tərəvəzçilik institutlarının əməkdaşları, eləcə də bu istiqamətdə çalışan mütəxəssislər iştirak edib. ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov açılış nitqində zərər verən orqanizmlərə qarşı inteqrə olunmuş idarəetmə üsullarının mahiyyəti və əhəmiyyəti haqqında danışıb. DFNX-nin rəisi Camal Quluyev isə respublikada fitosanitar vəziyyət haqqında məlumat verib, qarşıda duran məsələlərdən söz açıb. Layihə direktoru Anar Əzimov və bitgi sağlamlığı üzrə mütəxəssis Cəfər Məhərrəmov layihənin məqsdini açıqlayıb, görüləcək tədbirlərdən danışıb. Dəyirmi masa işini qarşılıqlı fikir mübadilələri və müzakirələrlə davam etdirib.

Aqrar Universitetdə zərərvericilərə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib Aqrar Universitetdə zərərvericilərə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib Aqrar Universitetdə zərərvericilərə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO