Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təmin edilməsinə dair rabitə müəssisələri, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.xa0
xa0Bu barədə Moerator.az-ın nazirliyə istinadən xəbər verir.xa0
Məlumata görə, bayram günlərində məsul növbətçilər təşkil edilməklə, bütün telekommunikasiya xidmətlərinin fasiləsiz işinin təmin edilməsi, eyni zamanda, abunəçilərin rahatlığı üçün bir sıra əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.






































































































