“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin QİYMƏTİ ENƏCƏK” – Mühüm AÇIQLAMA
Xəbər verdiyimiz kimi, keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılıb. Mənzillər Abşeron, Qaradağ və Samux rayonlarında yerləşir. Evlərin qiyməti onların kvadratından asılı olaraq dəyişir. Təmirli vəziyyətdə olan mənzillər digər binalarla müqayisədə ucuz satışa çıxarılıb.
Maraqlıdır, bu qiymətlər mənzil bazarına necə təsir edəcək?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizim.Media-ya açıqlamasında məsələnin detallarını belə izah edib:
“Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə köçdükcə onlara dövlət tərəfindən verilmiş mənzillər mərhələli şəkildə satışa çıxarılacaq. 1-ci planda satışa çıxarılmış evlər məcburi köçkünlər üçün nəzərdə tutulsa da, həmin e...