“Moskva Zəngəzur dəhlizinin açılmasında israrlıdır” – ERMƏNİ JURNALİST

Hazırda oxunan: “Moskva Zəngəzur dəhlizinin açılmasında israrlıdır” – ERMƏNİ JURNALİST

77937

Moskvada Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasın yekunlarına dair məlumatı Rusiya hökuməti yayıb.

“Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların Azərbaycan və Ermənistanın ərazilərindən təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini bir araya gətiriblər”, - deyə hesabatda bildirilir.
Bu məlumat erməni ekspertləri arasında böyük narahatlıq yaradıb.

Belə ki, “Lragir” erməni nəşrinin köşə yazarı, jurnalist Naira Ayrumyan mövzu ilə bağlı “Moskva Zəngəzur dəhlizinin açılmasında israrlıdır: diplomatiya və ya güc yolu ilə” adlı məqalə yazıb.

Həmin məqalədə deyilir:

“Bu ifadənin birinci hissəsində bildirilir ki, yeni kommunikasiyalarda sərhəd, gömrük və digər nəzarət növləri olacaq. Xatırladaq ki, mayın 24-də Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra İlham Əliyev “Zəngəzur dəhlizi”nin razılaşdırıldığını bildirmişdi. Erməni tərəfi buna etiraz edərək “dəhliz məntiqinin istisna edildiyini” qeyd etmişdi. Daha sonra Avropa Şurasının rəhbəri Şarl Mişel xüsusi bəyanatla çıxış edərək açıq şəkildə demişdi ki, söhbət “ərazidənkənar kommunikasiyalardan” getmir.

Gömrük və digər nəzarətlər elə təəssürat yarada bilər ki, bu, tam dəhliz deyil. Eyni zamanda, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələri və malların maneəsiz gediş-gəlişini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat əlaqələrinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti həyata keçirir.

Ermənistan üçtərəfli bəyanatdan imtina etmir. Bu o deməkdir ki, Rusiya “nəqliyyat kommunikasiyalarına nəzarət” üçün “suveren” dəhlizi istisna etmir.

Nəzarət üçüncü ölkə tərəfindən həyata keçirilirsə, bu, deməli dəhliz hesab edilir. Yeri gəlmişkən, digər hesabatlarda FTX-nın bu dəhlizə nəzarətindən söhbət açılmır.
Xatırladaq ki, Şarl Mişelin Brüssel görüşündən sonra verdiyi açıqlamasında Moskvanı narahat edən üçtərəfli bəyanata heç bir istinad edilməyib. 

Deməli Moskva Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarəti altında Ermənistana diplomatiya və ya güc yolu ilə “ərazidənkənar kommunikasiyalar” qurmaqda israrlıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO