Xaçmazda şəhid Orxan Çobanov adına Ağır Atletika İdman klubu AÇILIB - FOTO 

Hazırda oxunan: Xaçmazda şəhid Orxan Çobanov adına Ağır Atletika İdman klubu AÇILIB - FOTO 

96551

Xaçmazın Pirquluoba kəndində Vətən Müharibəsi şəhidi Orxan Çobanov adına Ağır Atletika İdman klubunun açılışı baş tutub. 

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, əvvəlcə iştirakçılar, rəsmilər, şəhid ailələri və qazilər şəhid Orxan Çobanovun məzarını ziyarət edib, qəbri önünə tər güllər düzüblər.  

Çıxışlarda şəhid Orxan Çobanovun döyüş uğurlarından ətraflı söz açılıb.

Xaçmaz İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yaşayış məntəqələrində belə idman klublarının yaradılmasını təqdirəlayiq hesab edərək bildirib ki, "bu qəbilli idman klubları kənddə yaşayan yeniyetmələrin sağlam ruhda böyüməsinə və idmanın inkişafına xüsusi təkan verəcək. Pirquluoba kəndində Orxan Çobanovun adına inşa olunan Ağır Atletika İdman klubu yerli atletlər üçün xüsusi stimul olacaq".  

Şəhid ailələri və qazilər idman klubuna məhz Vətən Müharibəsi şəhidi Orxan Çobanovun adının verilməsini yüksək qiymətləndiriblər.  

Sonra açılış mərasiminə qatılanlar şəhidin adını daşıyan klubdakı şəraitlə tanış olublar. Həmçinin Orxan Çobanovun vaxtilə ağır atletika yarışlarında qazandığı uğurları əks etdirən guşəyə də baxış keçirilib. 
Bildirilib ki, idman klubu sahibkara məxsus trenajor avadanlıqlarla təmin olunub, ümumilikdə idman zalında hər cür şərait yaradılıb. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO