Azərbaycanda ər studiyada ağlayaraq arvadının axtarışına çıxdı - VİDEO

Hazırda oxunan: Azərbaycanda ər studiyada ağlayaraq arvadının axtarışına çıxdı - VİDEO

81735

“Səni axtarıram” ictimai-sosial verilişdə ilginc hadisə yaşanıb. 

Bizim.Media xəbər verir ki, proqrama pənah gətirən Sərxan adlı şəxs Şəmsiyyə adlı həyat yoldaşının bir aydır 2 uşağı ilə birgə yoxa çıxdığını açıqlayaraq, tapılmasında yardım istəyib. 

O, “Hazırda işləmirəm. Həyat yoldaşımın hara getdiyini də bilmirəm” deyib. Verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının “Daha əvvələr də həyat yoldaşın çıxıb gedib?” sualına qarşı tərəf “Bilmirəm” deməklə hamını məəttəl qoyub.  

Verilişin gedişatında xanımının axtarışına çıxan Sərxan “Bir dəfə belə bir hadisə olub. Şəkidən Bakıya gəlib. Sonra da geri yanımıza qayıdıb.

Valideyinləri ona söyləyiblər ki, bir də belə etmə. Amma qadın onların sözlərinə qulaq asmır. Valideyinlərinə şikayət etsəm də mənə qulaq asmadılar. Bu qızı özüm almışam. 15 ildir ki, evliyik. Bizim Ayşə və Nuran adlı iki qızımız var” sözlərini ifadə edərək ağlamağa başlayıb”. 
Sözügedən kadrlar sosial şəbəkələrə yayılaraq gündəm olub. Diqqət çəkən məqam isə verilişdə ekspert qismində olan şəxslərdən birinin “Mən bilirəm sənin həyat yoldaşın hara gedib” sözü olub. İzləyicilər baş verən olayı birmənalı qarşılamayaraq ailəni tənqid ediblər. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO