Qax şəhərində şəhid atası vəfat etdi - FOTO

Hazırda oxunan: Qax şəhərində şəhid atası vəfat etdi - FOTO

49207

Şəhid, XTQ-də qulluq etmiş Elçin Əhmədovun atası Rasim Əhmədov bu gün vəfat edib.

Bizim.Media xəbər verir ki, xəstəlikdən əziyyət çəkən Rasim Əhmədov Qax şəhər qəbristanlığında dəfn edilib.

Elçin Əhmədov 2014 cü il 1-3 avqust tarixində Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdə şəhid olub.

O, düşmənə qan udduran, xeyli canlısını  məhv edən  igid hərbçi olub. Şuşa fatehi Asəf Azayevin örnək götürdüyü Elçin Əhmədova hərbi xidmətinin ilk dövrlərində daha yüksək yerlərdən  iş təklifi gəlsə də  o Xüsusi Təyinatlı Qüvbələrdə qulluq etməyi üstün tutmuşdu.

Aytəkin Alxaslı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO