Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
Dekabrın 19-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir, bəzi şərq rayonlarında yağıntılar leysan xarakterlidir.
Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 12, Şabran, Quba, Şəki, Zaqatala, Balakəndə 1 mm-dək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Altıağacda 20, Qrızda 12, Xaltanda 10, Şamaxıda 7, Qusarda 6, Qax(Sarıbaş), Şahbuzda 5, Şahdağ, Qobustanda 4 sm olub.
Bəzi yerlərdə arabir güclü qərb küləyi əsib, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Daşkəsəndə 28 m/s, İsmayıllıda 26 m/s, Kəlbəcərdə 23 m/s...