Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar.
Bizim.Media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan və Slovakiya prezidentlərinə Ağdamın Baş Qərvənd kəndində görülən işlər barədə məlumat verib.
Baş Qərvənd kəndi Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin sağ tərəfində, Ağdam şəhərinin mərkə...