İranın yeni rəhbərliyi Trampla razılığa gəlib?
ABŞ Prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin Vaşinqtonla danışıqlara başladığını iddia edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Fox News"a bildirib.
"Onlar danışmaq istəyirlər və mən də danışmağa razı oldum, ona görə də onlarla əlaqə saxlayacağam. Bunu daha əvvəl etməli idilər. Çox praktik və asan bir şey etməli idilər. Çox gözlədilər", - deyə Tramp bildirib.
Prezident qeyd edib ki, əməliyyat başladıqdan sonra İranın hazırkı rəhbərliyi özü əlaqə qurmaq təşəbbüsünü göstərib.
İran tərəfi ilə danışıqların bu gün, yoxsa sabah baş tutacağı birbaşa soruşulduqda, Tramp "Bunu sizə deyə bilmərəm" cavabını verib.
Ağ Ev rəhbəri, hə...