“Facebook”da Prezidentin adından reallığı əks etdirməyən açıqlama yayıldı - MEDİA-dan “Meta”ya ÇAĞIRIŞ
“Facebook” sosial şəbəkə platformasındakı bir sıra hesablarda Azərbaycan Respublikasının Prezidentinin adından “deepfake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.
Bu barədə Bizim.Media-ya Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi vətəndaşların fərdi məlumatlarını ələ keçirərək onlara maddi ziyan vurmaq məqsədi daşıyır.
Qeyd edək ki, son zamanlar oxşar məzmunlu kiberdələduzluq hallarına “Facebook” platformasında tez-tez rast gəlinir.
"Bununla əlaqədər olaraq “Facebook” platform...