Gənc Tamaşaçılar Teatrının aktrisası VƏFAT ETDİ - FOTO
Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib.
Bizim.Media xəbər verir ki, bu haqda akyor İlham Əsədov məlumat yayıb.
Onun sözlərinə görə aktrisa bu gün vəfat edib.
Qeyd edək ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. O, gənc yaşlarında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik...