İrandan Azərbaycana 84 nəfər təxliyə OLUNDU - FOTO
ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr fonunda regionda yaranmış gərgin vəziyyətlə əlaqədar təxliyə tədbirləri davam etdirilir. Məlumata görə, 28 fevral saat 08:00-dan bu gün saat 12:00-dək İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə bir sıra xarici ölkə vətəndaşları təhlükəsiz şəkildə Azərbaycan ərazisinə keçib.
Bizim.Media xəbər verir ki, qeyd olunan müddət ərzində ümumilikdə 60 nəfərə yaxın Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı, 5 nəfər Tacikistan vətəndaşı, eləcə də 18 nəfər Səudiyyə Ərəbistanı Krallığının diplomatik nümayəndəsi təxliyə olunub.
Təxliyə prosesi aidiyyəti qurumların koordinasiyası ilə həyata keçirilib, sərhəd-keçid məntəqəsində zəruri ...