Yaxın Şərqdə qalan soydaşlarımızın NƏZƏRİNƏ: Təxliyə reysi həyata keçirilir
4 mart 2026-cı il, Bakı – Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir.
Bu barədə Bizim.Media-ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.
Belə ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin edilir.
Qeyd edilib ki, hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş pro...