Tarkanın konsertində anşlaq: 
 600 pilləkən biletlə satıldı ”“ FOTOLAR

Tarkanın konsertində anşlaq: 600 pilləkən biletlə satıldı ”“ FOTOLAR

Hazırda oxunan: Tarkanın konsertində anşlaq: 600 pilləkən biletlə satıldı ”“ FOTOLAR

92601

Tarkan 10 gün davam edəcək konsert proqramına başlayıb.

 

Moderator.az xəbər verir ki, “Harbiye”x9d Açıq Hava Teatrında baş tutan konsertin açılışı möhtəşəm olub. Səhnəyə liftlə enən Tarkan konsertə “Ölürüm sana”x9d mahnısı ilə başlayıb.

 

Klassikləşən “Quzu quzu”x9d, “Öp”x9d, “Şıkıdım”x9d və “Qış günəşi”x9d kimi mahnılarını 7 min fanatı ilə birgə oxuyan Meqastar "Biz bu səhnədə olmaqdan böyük həzz alırıq. Sizin qarşınıza hər dəfə həyəcanla çıxırıq. Siz də bu gecə özünüzü sərbəst buraxın və əylənin!”x9d, - deyərək tamaşaçıları coşdurub.

 

Kiçik bir fasilədən sonra səhnəyə qayıdan sənətçi bu dəfə Ərkan Oğur ilə birlikdə “Leylim Ley”x9d mahnısını oxuyub. Gecə boyunca türkülərə və sənət musiqisinə də yer verən müğənni səsinin gözəlliyi ilə bir daha hər kəsi məst edib.

 

“Eşq getdi bizdən”x9d adlı mahnısı ilə konserti yekunlaşdıran müğənni ümumilikdə 2,5 saat səhnədə qalıb. Anşlaqla keçən konsertdə biletlə satışa çıxarılan 600 ədəd pilləkən belə dolub.

 

Tarkanın konsertini Cem Aydın, Fulya Terim, Busə Terim, Tuba Ünsal, Arzu Sabancı və Oğulcan Engin kimi məşhurlar izləyib.

 

Qeyd edək ki, Tarkan sentyabrın 12-nə kimi eyni məkanda hələ 9 konsert verəcək. Ulduzun bu konsertlərdən nə qədər gəlir əldə edəcəyi isə hələlik açıqlanmayıb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO