Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüş zamanı 13-cü Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, tədbir çərçivəsində COP-a və iqlim gündəliyinə həsr olunmuş panel müzakirələrinin təşkil edilməsi təqdir edilib.
Azərbaycan ilə Türkiyə arasında ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, iqlim dəyişiklikləri ilə mübarizə sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) önəmi qeyd edilib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
18:17 / 13.03.2026
Əli Əsədov Murat Kurum ilə görüşüb
Hazırda oxunan: Əli Əsədov Murat Kurum ilə görüşüb
Hazırda oxunan: Əli Əsədov Murat Kurum ilə görüşüb
601388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































