“Qarabağ” Kipr klubunun üzvü ilə RAZILIĞA GƏLDİ

“Qarabağ” Kipr klubunun üzvü ilə RAZILIĞA GƏLDİ

Hazırda oxunan: “Qarabağ” Kipr klubunun üzvü ilə RAZILIĞA GƏLDİ
601317
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ”ın mövsümün sonunda heyətinə cəlb edəcəyi ilk futbolçu müəyyənləşib. 

Bizim.Media Kipr mətbuatına istinadən xəbər verir ki, “Omoniya”nın vingeri Jali Muaddibin karyerasını Azərbaycanda davam etdirəcəyi, demək olar ki, dəqiqləşib. 

Xəbərdə bildirilir ki, 25 yaşlı fransalı sol cinah oyunçusu artıq “Qarabağ”la hərtərəfli anlaşıb.
 

Hətta tərəflərin üçillik ilkin müqavilə imzaladıqları da vurğulanıb. Muaddib Azərbaycan çempionuna azad agent kimi keçəcək. Çünki onun “Omoniya” ilə müqavilə müddəti mövsümün sonunda bitəcək. “Qarabağ” Muaddibi həmyerlisi Abdullah Zubirə layiqli əvəzləyici kimi görür. 


Qeyd edək ki, Jali Muaddib 2019-cu ildə Fransanın U-19 yığmasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO