Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Hazırda oxunan: Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

599012

Azərbaycan və Özbəkistan xarici işlər nazirləri Ceyhun Bayramovla Baxtiyor Saidov arasında telefon danışığı aparılıb. 

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, telefon danışığı zamanı regionda gərgin təhlükəsizlik vəziyyəti və davam edən hərbi eskalasiya müzakirə olunub. 

Bölgədə sülh və təhlükəsizliyə ciddi təsir edən vəziyyət ilə bağlı dərin narahatlıq ifadə olunub. 

Münaqişə tərəflərinin təmkinli olmaları, hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd olunub. 
 

Ziddiyyətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və diplomatik vasitələrlə həll edilməsinin vacibliyi vurğulanıb.


Telefon danışığı çərçivəsində həmçinin Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO