Hikmət Hacıyev: “Prezidentin 10 günə üç sammitdə iştirakı Azərbaycanın çoxregional siyasətinin təzahürüdür”

Hikmət Hacıyev: “Prezidentin 10 günə üç sammitdə iştirakı Azərbaycanın çoxregional siyasətinin təzahürüdür”

Hazırda oxunan: Hikmət Hacıyev: “Prezidentin 10 günə üç sammitdə iştirakı Azərbaycanın çoxregional siyasətinin təzahürüdür”

574630

“Azərbaycan Prezidenti İlham Əliyevin cəmi son on gündə üç sammitdə iştirakı ölkənin dəyişən geosiyasi identikliklərindən irəli gələn çoxölçülü və çoxregional xarici siyasətinin təzahürüdür”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də bildirib.

H. Hacıyev qeyd edib ki, yalnız oktyabrın birinci ongünlüyündə Prezident İlham Əliyev üç müxtəlif coğrafiyada və formatda üç müxtəlif sammitdə iştirak edib:

“• 1–2 oktyabr – EPC, Kopenhagen. Aİ və digər tərəfdaş Avropa ölkələri ilə görüşlər və müzakirələr.

• 6-7 oktyabr – Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı. Türk Dünyasının həmrəyliyi və birliyi.

• 9–10 oktyabr – Düşənbədə MDB Zirvə toplantısı", - paylaşımda vurğulanıb.

Bu intensiv diplomatik fəaliyyət Azərbaycanın müxtəlif istiqamətlərdə tərəfdaşlığa, dialoqa və regional əməkdaşlığa əsaslanan xarici siyasət kursunun bariz nümunəsidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO