Əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb və ölkəmizin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub.
S.Şərifov AİB-nın Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək illik iclasının təşkili ilə bağlı Azərbaycan hökuməti tərəfindən aparılan işlər bərədə məlumat verib. Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən Bruce Davis Bakı şəhərinin Bankın Rəhbərlər Şurasının illik iclasına layiqincə ev sahibliyi edərək AİB-nin etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyinə əminliyini ifadə edib.






























































































