44 günlük Vətən müharibəsindən sonra artıq Azərbaycan da dünyanın ən güclüləri siyahısında yer almağa başlayıb. “Erməni ordusu” mifini darmadağın edən silahlı qüvvələrimiz yeni hücum taktikası ilə indi dünyanın ən təcrübəli ordularına belə nümunə göstərilir. İkinci Qarabağ müharibəsinin döyüşləri dərs kimi əksər ölkələrin hərbi təlim-məşq toplantılarına salınıb.
İndi Azərbayan Ordusu da dünyanın ən güclü orduları siyahısına daxil edilib.
Bəs, dünyanın ən güclü orduları hansılardır?
Dünyanın müxtəlif media orqanları hər il cüclü orduların siyahısını tərtib edən ABŞ-ın “Global Firepower” jurnalına istinad edirlər.
“Global Firepower”-in ötən ilin yekunlarına dair hərbi güc reytinqində 138 ölkənin Silahlı Qüvvələri yer alıb. Əslində burada siyahı ordunun büdcəsi, əsgər və hərbi texnika sayına görə tərtib edilib. İlk onluğa dünyanın əsgəri əjdahaları Türkiyə və Pakistan belə düşməyib. Bildiyimiz kimi, NATO-nun ikinci gücü hesab edilən Türkiyə Ordusu igidlik, bacarıq nümayişində dünyada ən güclü hesab olunur, nüvə silahına malik Pakistan Ordusu da vuruşqanlar siyahısında ön sıralardadır.
MÖVZU İLƏ BAĞLI:
Erməni cinayətlərini dağıdan HADRUT YUMRUĞU – 44 günlük savaş barədə 44 cümlə...
Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə malik olan ölkəsi Azərbaycan 63-cü pillədə yer alıb.
Burada da bəzi texniki məsələlərlə yanaşı müəyyən təhriflərin də olduğu deyilir. Çünki Azərbaycan Ordusunun yuxarıda da qeyd etdiyimiz kimi 44 günlük müharibədəki hücum örnəkləri, mübarizlik ruhu Hindistan kimi böyük əsgəri heyətə malik olan orduda tədris olunur. Bütün ordular Azərbaycanın apardığı müharibəni nümunə götürərək, silah-sürsat təchizatında dəyişiklik etməyə başladı. Bu aspektən yanaşsaq, Azərbaycan SQ dünya üçün həm də təlimçi rolunu oynamış oldu.
ABŞ-ın “Global Firepower” jurnalının təqdim etdiyi ilk onluğun siyahısına baxaq:
1. ABŞ
Hərbi büdcə - 750 milyard dollar
Şəxsi heyət - 2 milyon 260 min
Hərbi Hava Qüvvələri - 13 min 264 (təyyarə + PUA + helikopter)
Təyyarə - 2085
Tank - 6289
Donanma - 490
2. Rusiya
Hərbi büdcə - 48 milyard dollar
Şəxsi heyət - 3 milyon 13 min
Hərbi Hava Qüvvələri - 4 min 163 (təyyarə + PUA + helikopter)
Təyyarə - 873
Döyüş tankı - 12950
Donanma – 603
3. Çin Xalq Respublikası
Hərbi büdcə - 237 milyard dollar
Şəxsi heyət - 2 milyon 693 min
Hərbi Hava Qüvvələri - 3210 (təyyarə + PUA + helikopter)
Təyyarə - 1232
Tankı - 3500
Donanma - 777
4. Hindistan
Hərbi büdcə - 61 milyard dollar
Şəxsi heyət - 3 milyon 544 min
Hərbi Hava Qüvvələri - 2123 (təyyarə + PUA + helikopter)
Təyyarə - 538
Tankı - 4292
Donanma - 285
5. Yaponiya
Hərbi büdcə - 49 milyon dollar
Şəxsi heyət - 303 min
Hərbi Hava Qüvvələri - 1 561 (təyyarə + PUA + helikopter)
Təyyarə - 279
Tank -1004
Donanma -155
6. Cənubi Koreya
Hərbi büdcə - 44 milyard dollar
Şəxsi heyət - 3 milyon 680 min
Hərbi Hava Qüvvələri - 1 649 (təyyarə + PUA + helikopter)
Təyyarə - 414
Tank - 2614
Donanma - 234
7. Fransa
Hərbi büdcə - 41,5 milyard dollar
Şəxsi heyət - 451 min
Hərbi Hava Qüvvələri - 1 229 (təyyarə + PUA + helikopter)
Təyyarə - 269
Tank - 528
Donanma - 180
8. Böyük Britaniya
Hərbi büdcə - 55,1 milyard dollar
Şəxsi heyət - 275 min
Hərbi Hava Qüvvələri - 733 (təyyarə + PUA + helikopter)
Təyyarə - 133
Tank - 227
Donanma - 88
9. Braziliya
Hərbi büdcə - 27,8 milyard dollar
Şəxsi heyət - 1 milyon 674 min 500
Hərbi Hava Qüvvələri - 715 (təyyarə + PUA + helikopter)
Döyüş təyyarəsi - 43
Döyüş tankı - 437
Donanma - 112
10. Misir
Hərbi büdcə - 11,2 milyard dollar
Şəxsi heyət - 920 min
Hərbi Hava Qüvvələri - 1054 (təyyarə + PUA + helikopter)
Təyyarə - 215
Tank - 4295
Donanma – 316
Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan isə 2021-ci il üçün göstəriciləri ilə 63-cü yerdə qərarlaşıb:
Hərbi büdcə - 2 milyard 805 milyon dollar,
şəxsi heyət - 426 min
Hərbi Hava Qüvvələri - 29 hərbi təlim təyyarəsi, 17 qırıcı təyyarə, 88 helikopter və 17 qırıcı helikopter
Tank - 570.
Donanma - 31
Yerigəlmişkən, qonşularımızdan qardaş Türkiyə siyahıda 13-cü, İran isə 14-cü yerdədir. Gürcüstan 93-cü, Ermənistan isə 112-ci sırada qərarlaşıb.
Xatirə Nəsirli, Bizim.Media