Elxan Mehdiyev: “Demokratik seçki keçirilərsə, mövcud rejim 10% səs alacaq”

Elxan Mehdiyev: “Demokratik seçki keçirilərsə, mövcud rejim 10% səs alacaq”

Hazırda oxunan: Elxan Mehdiyev: “Demokratik seçki keçirilərsə, mövcud rejim 10% səs alacaq”

31539



“Əgər Azərbaycanda real səsvermə olacaqsa, bu rejim 10 %-i səs alacaq”. Bu sözləri Moderator.az saytına açıqlamasında konfiliktoloq Elxan Mehdiyev söyləyib. 

Onun sözlərinə görə, mövcud rejim uzun illər ərzində elə bir siyasət yürüdüb ki, bu gün ona özündən başqa səs verəcək heç bir qüvvə yoxdur: 

“Hesab edirəm ki, demokratik seçki baş tutarsa, bu rejim 10%-dən çox səsə ümid edə bilməz. Bu 10% isə rejim və onun süfrəsinin ətrafında dolananlardır. Bunların xaricində bu rejimə səs verən heç bir qüvvə yoxdur. Çünki illər uzunudur ki, aparılan siyasət insanların hamısını bu rejimdən narazı salıb və onların heç birinin bu rejimi dəstəkləməsi üçün əllərində heç bir əsası yoxdur”.

Seymur Əliyev



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO