10 noyabrdan sonra iki dəfə pozulan atəşkəsin PƏRDƏARXASI

Hazırda oxunan: 10 noyabrdan sonra iki dəfə pozulan atəşkəsin PƏRDƏARXASI

18713

“10 noyabrdan bu yana ilk dəfədir ki atəşkəsin intensiv pozulması barədə xəbərlər yayılır. Azərbaycan Dövlət Sərhəd Xidmətinin açıqlamasında bildirilir ki, Zəngəzur istiqamətindən dövlət sərhədində təxribatlar törədilib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə Ermənistan Müdafiə Nazirlyinin və ya Ermənistan Sərhəd Xidmətinin insidentlə bağlı açıqlaması yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Azərbaycan mövqelərini atəşə tutdu - SON DƏQİQƏ


“Bunun əvəzinə Qarabağdakı erməni separatçıları belə bir açıqlama yayıblar ki, guya Azərbaycan ordusu Xankəndini və Əsgəranın iki kəndini atəşə tutub. Guya bunun nəticəsində Xankəndidə hansısa evin damına zərər dəyib.

Beləliklə, bölgədə yenidən toqquşma ehtimalı artır. Ermənistan hakimiyyəti ilə erməni separatçılarının birgə planı Azərbaycanla Rusiyanı üz-üzə qoymaqdan ibarətdir. Ancaq buna Rusiyadakı siyasi mərkəzlərin özü də rəvac verirlər.

Ermənistanda görürlər ki, rəsmi Bakının Kremlə ünvanladığı sualların sayı artıb. Rusiya ilə bağlı səslənən suallarımız bunlardır:

“İsgəndər-M” raketini Azərbaycana kim və niyə atdı? Rusiya Ermənistan ordusunu kimə qarşı modernləşdirir? Rusiyanın Qarabağda 9 mayda planlaşdırdığı “hərbi parad”ın məqsədi nədir?

Erməni separatçılarının lideri Araik Arutunyan növbəti dəfə Moskvaya niyə çağrılıb? 
Bu suallar cavablandırılmadığı kimi təxribatların sayı da artır”. 

Politoloq hesab edir ki, biz həm təxribatlara layiqli cavab verməli, həm də qabaqlayıcı addımlar atmalıyıq:

“”Bizdən xahiş etdilər” ifadəsi ilə cəmiyyəti sakitləşdirmək çətindir. Ən maraqlısı odur ki, sərhəddəki insident barədə Ermənistanla yanaşı Rusiyadan da reaksiya yoxdur. Bunun əvəzinə Rusiya saytları Qarabağ separatçılarının son açıqlamasını yayıblar”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO