Albaniya Prezidentinin Şəki təəssüratları - FOTO

Hazırda oxunan: Albaniya Prezidentinin Şəki təəssüratları - FOTO

183262

Albaniya Prezidenti Şəkidən xoş təssüratlarla ayrılıb. Albaniya Respublikasının Prezidenti Bayram Beqay XI Qlobal Bakı Forumu çərçivəsində Azərbaycanda işgüzar səfərdə olarkən Şəki şəhərini də ziyarət edib.

Bizim.Media-nın yerli bürosu Şəki ABAD Mərkəzə istinadən bildirir ki, gəzinti zamanı prezident Bayram Beqayı, mədəniyyət naziri Adil Kərimli müşayət edib. 

Qonaqlar “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi məkanları əsasən Şəki Xan sarayında və “ABAD” Keramika və Tətbiqi Sənət mərkəzində olublar.

Qonağa məlumat verilib ki, mərkəzin fəaliyyətinin məqsədi ölkəmizin, əsasən də Şəkinin tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilindən hazırlanmış keramika əsərlərinin dünyada tanıdılmasıdır. Maraqlı fakt da budur ki, dünyada mövcud olan 128 gil növündən 98-nə Azərbaycanda rast gəlinir. 

Həmçinin bildirilib ki, Şəki şəhərinin Avropa Keramika marşrutuna daxil edilməsində mərkəzin xüsusi rolu olub.

Sonda Albaniya prezidentinə Keramika və Tətbiqi Sənət mərkəzində hazırlanan xatirə hədiyyəsi təqdim olunub. 







Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO