Qərbi Azərbaycan İcmasından ABŞ-a ÇAĞIRIŞ 

Qərbi Azərbaycan İcmasından ABŞ-a ÇAĞIRIŞ 

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasından ABŞ-a ÇAĞIRIŞ 

156151

“ABŞ-ni Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq”. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada qeyd olunub. 

“Biz Qərbi Azərbaycan İcması olaraq, Amerika Birləşmiş Ştatlarının rəsmilərinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi antiterror tədbirləri ilə əlaqədar verdikləri qərəzli bəyanatlardan narahatlığımızı bildiririk.

Terror təhdidlərini dəf etmək və konstitusiya quruluşunu bərqərar etmək üçün öz ərazisi daxilində tədbirlər həyata keçirmək Azərbaycanın suveren hüququdur. ABŞ tərəfinin son bəyanatları onun terrorçuluğa qarşı beynəlxalq mübarizədə nümayiş etdirdiyi mövqeyi və bu məsələ üzrə Azərbaycan Respublikası ilə onilliklər boyunca apardığı tərəfdaşlığa uyğun gəlmir”, - açıqlamada vurğulanıb. 

Bildirilib ki, ABŞ hökumətinin Ermənistandan azərbaycanlıların qovulmasına, Ermənistanın Azərbaycan ərazilərini işğal edib oranı viran qoymasına, bir milyona yaxın azərbaycanlını oradan didərgin salmasına adekvat münasibət bildirməməsi fonunda, Azərbaycanın antiterror tədbirləri ilə bağlı qərəzli mövqe nümayiş etdirməsi təəssüf doğurur: 
“Bundan başqa, Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd etdiyi halda, ABŞ tərəfi nədənsə ancaq Ermənistanın ərazi bütövlüyünə dəstək ifadə edir. Biz ABŞ hökumətini Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə, insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO