Avropa ittifaqı: “Mülki şəxslərin hədəfə alınması qəbuledilməzdir”

Avropa ittifaqı: “Mülki şəxslərin hədəfə alınması qəbuledilməzdir”

Hazırda oxunan: Avropa ittifaqı: “Mülki şəxslərin hədəfə alınması qəbuledilməzdir”

1505

Avropa İttifaqı mülki şəxslərin getdikcə daha çox hədəfə alınmasını qəbuledilməz hesab edir.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin rəsmi nümayəndəsi Peter Stanonun bəyanatında deyilir.

Bildirilir ki, Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən üç atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağda döyüşlərin davam etməsi, mülki şəxslərin hədəfə alınması qəbuledilməzdir.

“Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki şəxslərin həyatını qorumaqla bağlı öhdəliklərini xatırladır. Tərəfləri 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, dərhal Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO