Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemlə görüşüb.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, görüşdə "Formula 1" yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulanıb.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:09 / 28.04.2023
Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Hazırda oxunan: Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Hazırda oxunan: Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
133338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.