“Qanın laxtalanması onkoloji xəstəliklərə işarədir fikri tamamilə yalnışdır”.
Bunu Bizim.Media-ya açıqlamasında həkim-terapevt Rasif Bağırov söyləyib.
Onun sözlərinə görə, qanın laxtalanması üçün orqanizmdə bizə bəlli olan 15 fakt var, o laxtalanma trombositlərə təsir edir:
“Bu faktorlar qanın laxtalanması prosesini sürətləndirir. Koronavirusla bağlı kimdəsə laxtalanma prosesi gedir və bunun xərçənglə əlaqələndirilməsi səhv fikirdir”.
Həkim-terapevt söyləyir ki, koronavirusla bağlı laxtalanma ona görə olur ki, qanın tərkibində olan trombositlər ciddi şəkildə bir yerə toplanır, nəticədə trombun əmələ gəlməsinə səbəb olur:
“Bütün dünya alimləri bilir ki, ancaq trombositlərə təsir edən dərman preparatları kardio-maqneziumdan ona görə istifadə olunur ki, o, bilavasitə trombositlərə təsir edir. “Koronavirus xəstələri nə vaxtsa xərçəngə tutulacaq” deməklə əslində insanları psixoloji olaraq sarsıtmaq istəyirlər. Bu fikirlərlə insanları daimi olaraq qorxu altında yaşadacaqlar”.
Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirdilər ki, qan laxtalanmasının pozğunluğu bir çox xəstəliklərə səbəb ola bilər:
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycanda vaksinasiya çox ləng gedir” - Həkimdən səhiyyəyə ETİRAZ
“Məsələn, qara ciyər çatışmazlığını buna nümunə çəkə bilərik. Koronavirusdan ölənlərin də çoxu məhz qan laxtalanmasından vəfat edib. Bunun xərçənglə əlaqəsi yoxdur”.
Gülşanə Mustafayeva, Bizim.Media