Azərbaycanda sperma bankı yaradılmasına cəmiyyətdən TƏPKİ – Bəs mütəxəssislər NƏ DEYİR? 

Hazırda oxunan: Azərbaycanda sperma bankı yaradılmasına cəmiyyətdən TƏPKİ – Bəs mütəxəssislər NƏ DEYİR? 

71324

Dünyada ilk sperma bankları 1964-cü ildə ABŞ-ın Ayova ştatında və Yaponiyanın Tokio şəhərində yaradılıb. Nəticədə 40 il ərzində 1 milyondan çox körpə doğulub.

Sperma bankları təbii yolla hamilə qala bilməyəcək qadınlara uşaq sahibi olmaq imkanı verir. Buraya subay qadınlar, eyni cinsli cütlüklər və partnyorlardan birinin sonsuz olduğu cütlüklər daxildir.

Bizim.Media xəbər verir ki, artıq bu təcrübə Azərbaycana da gətirilir. Belə ki, artıq Mərkəzi Klinikada sperma ehtiyatı formalaşdırılır. Lakin bu yenilik ictimaiyyət və tanınmış şəxslər tərəfindən heç də birmənalı qarşılanmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qadınlarımız internet üzərindən yumurtalıqlarını necə satırlar? – Daha bir CİNAYƏTİN izi ilə - FOTOFAKT


Bəs həkimlərimizin sperma donorluğuna, bankın yaradılmasına münasibəti necədir?

Həkim-ginekoloq Təranə Həsənova açıqlamasında sperma bankının yaradılmasını müsbət qarşılayıb həmçinin çatışmayan tərəflərini də diqqətə çatdırıb:

“Bu bütün dünyada geniş yayılmış təcrübədir. Sperma bankının yaradılması çox yaxşı təşəbbüsdür. Hansı ki, partnyoru olmayan və ya partnyorunun ümumiyyətlə olmasını istəməyən qadınlar bu banka müraciət edərək ana olmaq arzularını reallaşdıra bilərlər. Qadınların adları da, sperma verən donorun adı da anonim şəkildə saxlanıldığı üçün hər iki tərəf də çox rahatlıqla bu işi görəcək.

Lakin bunun mənfi, çatışmayan tərəfləri də var. Məlumdur ki, 1 kişidən alınan sperma təkcə bir nəfər üçün deyil, çox insanlar bundan yararlana bilər. Bu da gələcəkdə ən yaxın qohum evliliklərinə, hətta bacı-qardaş evliliyinə belə gətirib çıxara bilər. Nəticədə genetik xəstəliklər, qan xəstəlikləri insanlar arasında arta bilər.

Hemofiliya, talassemiya kimi qan xəstəliklərə deyilən hala nümunədir. Əvvəla bunu da qeyd edək ki, sperma hər kişidən götürülmür. Sperma irsi xəstəlikləri olmayan, qan, yoluxucu xəstəliklər keçirməyən sağlam kişilərdən götürülür”.

Sözügedən problemin yaranmaması üçün hansısa mexanizmlər tətbiq oluna bilərmi?

“Sizcə bu şəraiti kimsə yarada bilər? Süni mayalandırma edən şəxs bu ölkədə ayrı-ayrı kişiləri tapmalıdır ki, öz spermasını verməyə razı olsun. İkinci nüans isə budur ki, süni mayalandırmanı həyata keçirən həkim necə əmin ola bilər ki, həmin şəxs təkcə bir qadın üçün spermasını verir.
Həmçinin anonimlik gözlənildiyi üçün heç kim bu məsələdə qarantiya verə bilməz. Ona görə də sperma bankından bir qadın üçün yalnız bir kişinin spermasının istifadə olunması, tək nəfərlik edilməsi elə də asan görünmür”, - deyə T. Həsənova fikrini tamamlayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO