Şüyüdün inanılmaz FAYDALARI

Hazırda oxunan: Şüyüdün inanılmaz FAYDALARI

48004

Şüyüd tərkibində müxtəlif vitaminlər, mikroelemenetlər, beta-karotin, fol turşusu və digər faydalı birləşmələrə görə əvəzolunmaz bitkidir.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı dietoloq təlimçi Pavel Terexov danışıb.

O, bu ucuz və asan tapılan məhsulu süfrələrin ən vacib inqridienti adlandırıb.

“Bu məhsul olmadan heç bir süfrə tam deyil: şorbalar, pürelər, salatlar, marinadlar - siyahı sonsuzdur”, - mütəxəssis davam edib.

Həkim şüyüdün faydalarını sadalayarkən, onun vitamin və mikroelementlərin çatışmazlığını kompensasiya etdiyini, həmçinin ürək-damar sisteminə faydalı təsir göstərdiyini vurğulayıb.

“Bu bitki damargenişləndirən təsirə malikdir və damar divarını gücləndirir”, - deyə həkim əlavə etdi.

Terexov qeyd edib ki, şüyüd orqanizmi toksinlərdən də təmizləyir, çünki o, ödün orqanizmdən xaric olmasını təmin edir və bağırsaqları yumşaldır. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO