Yaşlılar pendir yeməsin  - Həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Yaşlılar pendir yeməsin  - Həkimdən XƏBƏRDARLIQ

11195

Sankt-Peterburq Dövlət Universitetinin tibb fakültəsinin dosenti, dietoloq Andrey Bobrovski pendirdən istifadənin fəsadlarından danışıb.

O, həddindən çox pendirdən istifadənin ürək-damar sisteminə təsir etdiyini deyib və bunu məhsulun tərkibindəki yağlılıq dərəcəsinin çox olması ilə əlaqələndirib. 

Tanınmış terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında pendirin yağlılıq deyil, duzluluq dərəcəsinin çox olması təhlükəsindən danışıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı professordan Kiprli həmkarlarına etiraz – “Bunu kimsə inkar edə bilməz”


“Əslində pendirin tərkibində yağdan çox duzun səviyyəsi çoxdur ki, bu da ürək-damar xəstəliyinə yol açır. Yaşlı insanların pendirdən istifadəsi daha risklidir. Çünki onların böyrəklərində nefronun miqadarı yaşa görə azalıb. Böyrəyin duzu çıxaracağı funksiyası zəifləyir və qan təzyiqini qaldırır. Bu da infarkt və ya insultla nəticələnir”.

Həkim dietoloqun məlum açıqlamasına da münasibət bildirib. O, bu cür açıqlamaların əslində sensassiya xatirinə yayınlandığını bildirib:

“Bu tamamilə cəgəngiyyatdır və sensassiaya xatirinə deyilən açıqlamadır. Pendirin tərkibində nə yağ var ki? Camaat yağlı əti dişinin dibinə çəkir, bu da deyir iş bilmişəm. Holland pendiri də normal süd məhsuludur.
 

Yağlılıq və təhlükəlilik dərəcəsi olsaydı, hollandlar özləri onu istifadə etməzdilər. Əgər insan sağlam həyat tərzi keçirirsə, yəni zərərli adətlərdən kənar olub, idman və ya hərəkət sistemlərindən istifadə edirsə, onun orqanizminə daxil olan yağ mütləq əriyib gedir.


Amma əgər insanın hərəkət sistemləri həddindən artıq zəifdirsə, istər yağlı yesin, ya da yeməsin, bədənində yağı tənzimləyən fermentlərin çatışmazlığı xolestilenin sayını qaldıracaq. Fermentlər lazımi səviyyədə olanda və insan özü də aktiv həyat tərzi keçirəndə o sağlam olur”. 

Həkim pendirin brüselyoz xəstəliyinə səbəb olduğunu da əlavə edib:
 

“Pendirdən yoluxan əsasən Brüselyoz xəstəliyidir. Çünki pendirin hazırlanmasında istifadə olunan süd qaynadılmamış olur.


İnək xəstədirsə, qaynanmamış süddən hazırlanan pendir insan orqanizmində brüselyoz xəstəliyinə gətirib çıxarır. Bütün pendirlərin brüselyoz xəstəliyinin orqanizmə keçməsi baxımından təhlükəsi var”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO