Azərbaycanlı professordan Kiprli həmkarlarına etiraz – “Bunu kimsə inkar edə bilməz”

Azərbaycanlı professordan Kiprli həmkarlarına etiraz – “Bunu kimsə inkar edə bilməz”

Hazırda oxunan: Azərbaycanlı professordan Kiprli həmkarlarına etiraz – “Bunu kimsə inkar edə bilməz”

11170

Bu dəfə alimlərdən sosial məsafənin yoluxmanın qarşısının alınmasına kömək etməməsi ilə bağlı xəbərdarlıqları gəlib.

Kiprin Nikosiya Universitetinin professorları Dimitris Drikakis və Talib Dbouk belə qənaətə gəliblər ki, koronavirus pandemiyası zamanı qəbul olunmuş sosial məsafə qaydaları yoluxmanın qarşısının alınmasına təminat vermir.

D.Drikakisin sözlərinə görə, 2 metrlik sosial məsafə qaydası yalnız tam küləksizlik şəraitində səmərəlidir. Bundan başqa, havanın temperaturu və rütubətlilik də virusun yayılmasında müəyyən rol oynayır.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusun öldürücü ştammı Azərbaycana keçib? – Professordan yeni təhlükə xəbərdarlığı


Mütəxəssislər təklif edir ki, epidemioloji modellər araşdırılarkən iqlim şərtləri də hava yolu ilə yoluxma indeksinə daxil edilməlidir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla əslində sosial məsafənin özü-özlüyündə faktor olduğunu qeyd edib:

“Əllərin dezinfeksiyası həyata keçmirsə, maska taxılmırsa, sosial məsafə də yetərsizdir. Bunlar bir-birlərini tamamlayan faktorlardır. Bu üç faktor birlikdə virusun nəfəs yollarına düşməsinin qarşısını alan faktordur.


Əllər yalnız sabunla yuyulmuş şəkildə üzə vurula bilər. Bununla da əslində infeksiyanın nəfəs yollarına daşınmasının qarşısı alınır. Sosial məsafə saxlamaq və maska taxmaq danışanda infeksiyanın başqasının ağız-burununa düşməməsi üçün saxlanılır”. 

Həkim əlavə edib ki, istənilən respirator infeksiyalardan qorunmağın ən vacib yolu sosial məsafə, maska taxmaq və əllərin gigiyenasıdır:

“Bunlar hələlik hamının əlçatan olduğu üç qızıl qaydadır. Bunu kimsə inkar edə bilməz. Ola bilər alimlər bunu başqa prizmadan izah ediblər. Bəlkə də düşünürlər ki, xəstəliyi özbaşına buraxmaq və kollektiv immunitet yaratmaqla prosesi yaşamaq lazımdır.
 

Gələcəkdə pandemiyalarla üz-üzə qala bilərik. Hesab edirəm ki, qripin özünə də mühüm qaydaların tətbiq olunması vacibdir. Bunu artıq Ümümdünya Səhiyyə Təşkilatı da xəbərdar edib. Ona görə də bu məsələlərə hazır olmalıyıq.


Müxtəlif açıqlamalara deyil, daha çox məntiqi və ÜST-nın gəldiyi qənaətlərə istinad etməliyik. Əsas mötəbər tibb mərkəzlərinin rəylərdir ki, bunlar daim yenilənir və əhaliyə çatdırırlır”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO