Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Moskvada keçirilən sammitində iştirakının sensasion detalları yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiyanın məşhur “Baza” Telegram kanalında yer alıb.
Rusiya Prezident Administrasiyasındakı mənbənin kanala verdiyi məlumata görə, Paşinyan müxalifətin gündəlik etirazlarına görə Kremldən Qazaxıstandan nümunə götürərək KTMT qoşunlarının Ermənistana göndərilməsini istəyib.
Mənbənin sözlərinə görə, sammit ərəfəsində Paşinyan KTMT-yə rəsmi sorğu göndərib.
“O, Moskvaya Təşkilat üzvlərindən zəmanət almaq üçün gəlib: İrəvanda vəziyyət Qazaxıstan ssenarisi üzrə inkişaf edərsə, o zaman Rusiya və KTMT-nin digər üzvləri qoşun yeridəcək, kütləvi iğtişaşları yatıracaq və Paşinyanın hakimiyyətdə qalmasına kömək edəcək. İddialara görə, hazırda ölkədə millətçi hərəkat güclənir. Bu da dövlətin konstitusiya quruluşunu təhdid edir və buna görə də Təşkilatın Ermənistana hərbi kontingent göndərilməsi barədə qərarı zəruridir”, - deyə mənbə “Baza”ya bildirib.
Paşinyanın tələbinin rədd edildiyi deyilir.
Başqa bir məlumata görə, prezident administrasiyasının cavabından sonra Ermənistanın baş naziri birbaşa Vladimir Putindən dəstək almağa çalışıb, amma burada da ona rədd cavabı verilib.
Paşinyanla ikitərəfli görüş tədbirin sonuna qədər təxirə salınıb və Ermənistan baş naziri Putinlə görüş üçün beş saat gözləyib, lakin yenə də rus hərbçilərinin köməyinə razılıq verilməyib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:33 / 19.05.2022
Paşinyan hakimiyyətini qorumaq üçün Putindən bunu xahiş etdi, lakin...
Hazırda oxunan: Paşinyan hakimiyyətini qorumaq üçün Putindən bunu xahiş etdi, lakin...
Hazırda oxunan: Paşinyan hakimiyyətini qorumaq üçün Putindən bunu xahiş etdi, lakin...
75108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.