Ermənilərin Xaçın-Arsak plagiatı – Araşdırma

Ermənilərin Xaçın-Arsak plagiatı – Araşdırma

Hazırda oxunan: Ermənilərin Xaçın-Arsak plagiatı – Araşdırma

7238

Vikipediyamızda heç nə tapmaq olmur. Həmin məlumatı rus dilində axtarışa verəndə daha geniş informasiya əldə olunur. Yoxsa bizi qəsdən ruslara məcbur edirlər ki, onların icazə verdiyindən artıq bilməyək?!

Bizim.Media bu dəfəki yazıda internet informasiya bazamızın zəifliyini önə ataraq ermənilərin tarixi saxtalaşdırmağından bəhs edib.

 

MÖVZU İLƏ BAĞLI:

Səudiyyə müsəlmanlarının erməni sevgisi



Belə ki, vikipediyada Dağlıq Qarabağ linkinə daxil olanda bu torpaqların eradan əvvəl və bizim eramızın müxtəlif əsrlərində erməni çarlığına aid olduğu haqqında cəfəngiyyatları görmək olar.

Hətta internet axtarış sistemində Babəki ərəblərə satan Səhl ibn Sunbatın da erməni olduğu göstərilir. Ermənilər bu satqınımızı Sumbatyan kimi təqdim edir. Günahkar isə ərəblərdir.

Çünki onlar insanlara nisbə ilə müraciət edir, adına, yer adını qoşurdular. Arşakilərin Mehranilərindən, yəni Albaniyamızın hökmdar nəslindən olan Sunbat erməni deyildi. Sadəcə, ərəblər Albaniyamızı Arran adlandıranda, Ərməniyə inzibati ərazisini də yaratdılar.

Bu səbəbdən Təbəri kimi ərəb müəllifləri Sunbatı əl-Ərməni kimi qeyd edir, yəni həmin əmirliyin rəhbəri.

Ümumiyyətlə ərəb canişinliyindən əvvəlki adıçəkilən Ərməniyyənin də, Urartunun da ermənilərə aidiyyatı yoxdur. Türk əsilli sak tayfaları və bizim qədim oğuzlarımızın dövlətləri olub.

O ki qaldı guya ermənilərin qurduğu Xaçın məlikliyinə, Albaniyamızın bir hissəsi olan knyazlığın hökmdarlarından biri də Həsən Cəlal olub, yəqinki işğalçılar ona da yan artırıblar. Arsak-Xaçın da deyilir. Arsakın özü də bizə aid tarixi-coğrafi addır.

“Ər, ərən sak" mənasındadır, yəni igid, mərd türk. Bu hayların ərməni adına aidiyyatı olmadığı kimi, Arsaka da qarışacağı yoxdur! Xaçın hind-avropa lüğətində bulaq, "çırpı", türk mənbələrində "mağara, zağa" mənalarındadır.

Xaçınçay Kürün sağ qoludur və Ağdərə, Ağdam, Bərdədən axır. Xaçınabad Beyləqan Bələdiyyəsidir. Xaçındərbətli Ağdam kəndlərindəndir.

Borçalımızda Xaçın kəndi var, qədim türbəmiz də mövcuddur və s. və ilaxır!!! Bu həqiqətlər yayılmalıdır, çünki ermənilər Albaniyamızı da özəlləşdirib və uşaqlarına tarixi şəxsiyyətlərimizin adını qoyurlar. Biz isə serial qəhrəmanlarına üstünlük veririk!

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO