Erməni hərbçiləri Kəlbəcər şəhərini tərk edir.
Bizim.Media xəbər verir ki, bu barədə “France Presse” məlumat yayıb.
Xatırladaq ki, noybrın 10-u Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsin əldə edilməsi ilə bağlı üçtərəfli bəyanat imzalanıb. Sənəddə Ermənistan ordusunun noyabrın 15-də Kəlbəcəri tərk etməsi ilə bağlı məsələ də yer alıb.
Lakin Ermənistan tərəfi Kəlbəcərin relyefinin mürəkkəb olmasını səbəb gətirərək tarixin daha 10 gün yubadılması xahişini ediblər və onların bu istəkləri təmin olunub.
Qeyd edək ki, noyabrın 25-i möhlətin son günüdür və sabah Kəlbəcər öz əzəli sahiblərinə qovuşacaq.
Bizim.Media