Kobaxidze Saakaşvilinin açıqlamasına belə cavab verdi: \"O, qorxaq insandır, gəlməyəcək\"

Hazırda oxunan: Kobaxidze Saakaşvilinin açıqlamasına belə cavab verdi: \"O, qorxaq insandır, gəlməyəcək\"

30667

"Gürcü Arzusu" partiyasının lideri İrakli Kobaxidze, sabiq prezident Mixeil Saakaşvilinin Gürcüstana gələcəyi barəsindəki bəyanatına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, "PaliteaNews"un efirində çıxış edən Kobaxidze Saakaşvilini yalançılıqda ittiham edib.

O, deyib ki, Saakaşvili Gürcüstana qayıda bilsəydi, bu günədək gəlmiş olardı:

"Artıq bir neçə seçkidir ki, o, bu cür təhdidlər edir. Baxaq, görək Gürcüstana necə gəlir. Bunu edə bilsəydi, bu günədək edərdi. O, qorxaq insandır və buna görə də bu addımı atmayacaq. Bunu insanlar da yaxşı bilir və cəmiyyətimiz onun bəyanatlarını gülüşlə qarşılayırlar", - deyə İ. Kobaxidze bildirib.

Hakim partiyanın sədri həmçinin 19 aprel razılaşmasından geri çəkilmələrini də şərh edib.

O, əlavə edib ki, "Gürcü Arzusu"nun razılaşmadan çəkilməsi ölkəni sakitləşdirəcək. Çünkü "Vahid Milli Hərəkat" bu müqaviləni ölkədə polarizasiya yartmaq üçün istifadə edib.

Kobaxidze həmçinin əlavə edib ki, referendumun keçirilib-keçirilməməsi ilə bağlı beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO