Peter Stano: “Aİ-ABŞ-Ermənistan görüşü İrəvana heç bir zəmanət verməyəcək”

Hazırda oxunan: Peter Stano: “Aİ-ABŞ-Ermənistan görüşü İrəvana heç bir zəmanət verməyəcək”

184762

“Aİ-ABŞ-Ermənistan görüşünün İrəvanın təhlükəsizlik zəmanətlərinə həsr olunacağı ilə bağlı yayılan məlumatlar doğru deyil”.

Bizim.Media xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib.

Stano bildirib ki, planlaşdırılan görüş Aİ-ABŞ-Ermənistan münasibətlərindən başqa digər məsələlərə toxunmayacaq:

“Aİ və ABŞ arasında Brüsseldə keçiriləcək yüksək səviyyəli görüş Ermənistanın təhlükəsizlik təminatlarının müzakirəsinə həsr olunmayacaq. Ümumiyyətlə görüş zamanı Aİ-ABŞ-Ermənistan ikitərəfli gündəliyindən kənara çıxan məsələlərə baxılmayacaq”.
O əlavə edib ki, görüşün keçirilməsində əsas diqqət Ermənistan iqtisadiyyatının sabitliyi və ikitərəfli əməkdaşlığa yönələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO