Stoltenberq: “Azərbaycanla Ermənistan arasında davamlı sülhün tənzimlənməsi NATO üçün çox vacibdir”

Hazırda oxunan: Stoltenberq: “Azərbaycanla Ermənistan arasında davamlı sülhün tənzimlənməsi NATO üçün çox vacibdir”

183229

Xəbər verdiyimiz kimi bu gün ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq AZƏRTAC-a müsahibə verib. 

Bizim.Media xəbər verir ki, Baş katib Azərbaycanla Ermənistan arasında davamlı sülhün tənzimlənməsinin NATO üçün çox vacib olduöunu qeyd edib.

“Mən Prezident İlham Əliyevin görüşümüz, mətbuata bəyanat və şam yeməyi zamanı verdiyi mesajları alqışlayıram. Prezident İlham Əliyev aydın şəkildə bildirdi ki, biz indi sülh müqaviləsinə hər zamankından daha yaxınıq. 

Bir sıra həll olunmalı məsələlər hələ də qalır, lakin mən əminəm ki, Azərbaycan və Ermənistan sülh razılaşmasını imzalamaq üçün yaranmış bu imkanı görür. Regionda sülh və sabitliyin əldə olunması bölgə əhalisi üçün çox vacibdir. Bu, həmçinin investisiyanın cəlbi və rifah üçün şəraitin yaradılması baxımından çox əhəmiyyətlidir. 
Çünki biz bilirik ki, sülh və sabitlik iqtisadi inkişaf və dirçəliş üçün əsas şərtdir. Regionda sülh və təhlükəsizlik beynəlxalq sülh və təhlükəsizlik baxımından da vacib rola malikdir. Ona görə də davamlı sülhün əldə olunması həm də NATO müttəfiqlərinin marağındadır. Buna görə də mən qəti şəkildə inanıram ki, davamlı sülh və təhlükəsizliyin əldə olunması üçün bütün işlər görüləcək”, - deyə Stoltenberq bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO