Güləşçimiz Ülvi Qənizadə dünya çempionatında gümüş medal qazandı

Güləşçimiz Ülvi Qənizadə dünya çempionatında gümüş medal qazandı

Hazırda oxunan: Güləşçimiz Ülvi Qənizadə dünya çempionatında gümüş medal qazandı

93255

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Ülvi Qənizadə final görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, 72 kq çəki dərəcəsində rəqib serbiyalı Ali Feyzollah Arsalan olub.

Gərgin mübarizə şəraitində keçən görüş yerli pəhləvanın qələbəsi ilə yekunlaşıb - 7:4.

Beləliklə, Azərbaycan yığması günü 2 medalla başa vurub. Daha əvvəl 55 kq çəkidə Eldəniz Əzizli finalda gürcüstanlı Nuqzari Tsurtsumiyanı vaxtından əvvəl 8:0 hesablı təmiz qələbə ilə üstələyərək, qızıl medala sahib olub. 

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO