Ermənistan tərəfi Dağlıq Qrabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədriliyi çərçivəsində həlli üçün danışıqların başlanılmasına hazırdır.
Bizim.Media-nın məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Ara Ayvazyan parlamentin hökumət saatında çıxış edərkən deyib.
A.Ayvazyan danışıqlarda Ermənistan tərəfi üçün prioritet təşkil edən məsələləri də açıqlayıb:
- Danışıqlar əvvəllər əldə edilmiş razılaşmalara əsasən həll olunmanın əsas prinsipləri ətrafında aparılması;
- Erməni əhalinin Azərbaycan ordusunun işğaldan azad etdiyi yaşayış yerlərinə təhlükəsiz qayıtması;
- Beynəlxalq təşkilatların Dağlıq Qarabağa fasiləsiz humanitar yardımına icazənin verilməsi;
- Azərbaycanın nəzarətinə keçən ərazilərdə erməni mədəni, tarixi və dini irsinin qorunması.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:22 / 20.01.2021
Ermənistan Azərbaycanla danışıqlara hazırdır – ŞƏRTLƏR
Hazırda oxunan: Ermənistan Azərbaycanla danışıqlara hazırdır – ŞƏRTLƏR
Hazırda oxunan: Ermənistan Azərbaycanla danışıqlara hazırdır – ŞƏRTLƏR
9108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.