Fərid Qayıbov idman jurnalistləri ilə görüşdü – FOTO

Fərid Qayıbov idman jurnalistləri ilə görüşdü – FOTO

Hazırda oxunan: Fərid Qayıbov idman jurnalistləri ilə görüşdü – FOTO

90767

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctima Birliyi İdarə Heyətinin üzvləri ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı ölkədə idman mediasının hazırkı vəziyyəti və idmanın təbliği məsələləri müzakirə edilib.

Fərid Qayıbov ölkədə medianın ən böyük qollarından biri olan idman jurnalistikasının inkişaf etdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

Nazir Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin mövcud problemləri ilə də maraqlanıb.

Qurumun rəhbəri Azər Quliyev səmimi qəbula görə təşəkkür edib. İdarə Heyətinin üzvləri idman mediasını narahat edən məsələlər barədə məlumat veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO