Qətər futbol üzrə dünya çempionatından nə qədər qazanacaq?

Qətər futbol üzrə dünya çempionatından nə qədər qazanacaq?

Hazırda oxunan: Qətər futbol üzrə dünya çempionatından nə qədər qazanacaq?

90705

Qətər dövləti bu ölkədə keçiriləcək futbol üzrə dünya çempionatından 6 milyard dollar gəlir əldə edəcək. 

Bizim.Media xəbər verir ki, bunu Qətər Xəbərlər Agentliyinə müsahibəsində dünya çempionatının icraçı direktoru Asser Əl-Xatər deyib. 

İcraçı direktorun sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçilərinin guya dünya çempionatı günlərində Dohada otel qiymətlərinin baha olacağı ilə bağlı iddiaları həqiqətə uyğun deyil.

Belə ki, azarkeşlər üçün gecəlik qiyməti 80 dolları keçməyən otaqlar və 5 minə yaxın lüks iqamətgahlar təklif olunur. Turnir zamanı yaşayış üçün villalar, otel mənzillər və düşərgələr də mövcuddur. Yeni otellərin və mənzillərin yaşayış üçün nəzərdə tutulmuş müvafiq platformaya daxil olması fonunda qiymətlərin vaxtaşırı yenilənməsi prosesi davam edir. 

Əl-Xatər dünya çempionatı biletlərinin satışı ilə bağlı qeyd edib ki, hazırda bu sahədə böyük tələbat var və ən bahalı biletlər ilk günlərdə keçiriləcək Meksika-Argentina matçı üçün satılıb.

Səudiyyə-Argentina matçının biletləri isə artıq tükənib. “Biz satışların ikinci mərhələsini avqustun 16-da yekunlaşdırdıq, üçüncü mərhələ isə sentyabrda açılacaq.

Qətər sıfırdan yeddi stadion tikib və dünyanın bu ən böyük futbol tədbirinə ev sahibliyi etmək üçün ölkənin tarixi Xəlifə Beynəlxalq Stadionunu yeniləyib. Qətərə səfər edəcək azarkeşlərə böyük dünya çempionatı karnavalında olduqlarını hiss etdirmək üçün bütün işləri tamamlamaq üzrəyik”, - deyə icraçı direktor qeyd edib. 
İcraçı direktor sonda deyib ki, sentyabrda Dohada şəhər nəqliyyatının stadionlara hərəkəti üzrə sınaqlar təşkil olunacaq. Eyni zamanda, azarkeşlərin sağlamlığını qorumaq məqsədilə səhiyyə müəssisələrinin fəaliyyət planı hazırlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO