Lənkəranda tapılan MİNA – Partlayıcı qurğunu Xəzərdə kim yerləşdirib?

Lənkəranda tapılan MİNA – Partlayıcı qurğunu Xəzərdə kim yerləşdirib?

Hazırda oxunan: Lənkəranda tapılan MİNA – Partlayıcı qurğunu Xəzərdə kim yerləşdirib?

84960

DİN-in mətbuat xidmətinin məlumatına görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin Liman şəhəri sahilində bir ədəd tank əleyhinə mina aşkarlanıb.

Qeyd edək ki, bu ilin mayın əvvəllərində də Xəzər dənizinin Bakıya yaxın hissəsində də 6 ədəd böyük gəmi minası aşkar edilmişdi. Bəzi ekspertlər bu fonda həmin olayı Azərbaycana təhdid kimi qiymətləndirmişdilər.

Xəzər dənizində növbəti dəfə aşkarlanan bu faktı Bizim.Media-ya şərh edən hərbi ekspert Ramil Məmmədli düşünür ki, tank əleyhinə olan bu mina sovet dövründən qalma partlayıcı maddədir və SSRİ-nin dağılması dönəmində böyük ehtimalla bəzi maxinasiyaları ört-basdır etmək üçün dənizə atılıb:
 

MÖVZU İLƏ BAĞLI:

Xəzər dənizinin Azərbaycan sahilində mina aşkarlandı


“Bununla bağlı təbii ki, müxtəlif fikir və fərziyyələr söyləmək olar. Buna görə istənilən tərəfi istənilən məsələni qaldırmaqla ittiham etmək də olar. Amma ortada bir reallıq var. Tapılan mina sovet dövrünün məhsuludur.

Heç kimə sirr deyil ki, SSRİ dağılandan sonra ərazidə olan sovet hərbi birləşmələrinin bəzilərindəki avadanlıqlar, silah-sursat anbarlarının bir hissəsi nəzarətdən kənar qaldı. Onların bəziləri hətta satışa da çıxarıldı.

Belədə həmin dövrdə yaranmış başıpozulqluq nəticəsində bu cür minalardan “imtina etmək” niyyətinə düşənlər də oldu.

Sovet hərbi birləşməsinin həmin bölgələrdəki komandanlığı o zamanlar daşınması asanlaşdırmaq və yaxud müəyyən maxinasiyalardan canlarını qurtarmaq üçün partlayıcı qurğuları dənizə, nəzarətsiz ərazilərə də atırdılar. Müəyyən dövr keçəndən sonra isə həmin minalar dənizdə üzə çıxaraq beləcə problem yaradır”.
Ekspert hesab edir ki, Azərbaycan dənizin özünə aid hissəsində minaların müəyyənləşdirilməsi, aşkarlanması və zərərsizləşdirilməsi üçün müvafiq xüsusi qurğuları əldə etməlidir:

“Bu artıq birinci belə hadisə deyil. O baxımdan artıq təhlükənin reallığı ortaya çıxır. Belə bir partlayıcı qurğunın hansısa dəniz vasitəsinə və yaxud mülki şəxslərin bilmədən ona toxunması ilə bədbəxt hadisələr baş verə bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO