Azərbaycanın ən yaşlı vətəndaşı Nuriyeva Şərabanı Əli qızıdır. 1900-ci ildə dünyaya göz açan Ş.Nuriyeva hazırda ölkəmizin ən yaşlı seçicisidir. O, Gədəbəy rayonunun Düz Rəsullu kəndində doğulub boya başa çatıb.
Bizim.Media xəbər verir ki, 122 yaşlı Ş.Nuriyeva hazırda Bakı şəhərində qızı ilə birlikdə yaşayır.
Modern.az-ın məlumatına görə, ölkəmizin ən yaşlı sakini iki övlad anasıdır. Oğlu 75, qızı isə 60 yaşındadır. Bundan başqa, Ş.Nuriyevanın 6 nəvəsi, 13 nəticəsi var.
Hazırda yataq xəstəsi olan qadın qızının himayəsindədir.
Qeyd edək ki, Nuriyeva Şərabanı Əli qızının Azərbaycanın ən yaşlı seçicisi olması barədə məlumatı Mərkəzi Seçki Komissiyası açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:03 / 02.06.2022
Azərbaycanın ən yaşlı vətəndaşı - FOTO
Hazırda oxunan: Azərbaycanın ən yaşlı vətəndaşı - FOTO
Hazırda oxunan: Azərbaycanın ən yaşlı vətəndaşı - FOTO
77415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.