Quba və Qusarın dağlıq ərazilərinə qar yağdı, 14  sm - FOTO/VİDEO

Quba və Qusarın dağlıq ərazilərinə qar yağdı, 14  sm - FOTO/VİDEO

Hazırda oxunan: Quba və Qusarın dağlıq ərazilərinə qar yağdı, 14  sm - FOTO/VİDEO
76037
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şimal bölgəsində may ayında payız  və qış havası  davam etməkdədir. Quba və Qusar rayonlarının dağlıq ərazilərinə yenə qar yağıb.

Bizim.Media xəbər verir ki, bölgədə bir neçə gündür davam edən yağıntılı hava dağ kəndlərində qarla əvəzlənib. Bu gün səhər Qubanın Qrız, Xınalıq, Qarxun, Buduq və digər  kəndlərinə qar yağıb.

Quba ərazi hidrometerologiya müəssisəsindən Bizim.Media-ya məlumat verilib ki, Qubada ən çox qar 14  sm olmaqla Qrız kəndində qeydə alınıb.

Xınalıq kəndində isə yerli sakinlərin sözlərinə görə, qarın hündürlüyü 20 sm-dən  çoxdur. Qarxun kəndində 5 sm qar qeydə alınıb.

Yağıntı hazırda davam edir.

Havanın temperaturu 5-8 dərəcə aşağı düşüb. Qubanın Qrız kəndində havanın temperaturu -5 dərəcə təşkil edir.

Quba hidrometerologiya müəssisəsindən havanın nə vaxt düzələcəyi ilə bağlı konkret tarix bildirilmir.

 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO