Belqradda qalmaqal – Dövlət başçısının danışıqları dinlənilib

Belqradda qalmaqal – Dövlət başçısının danışıqları dinlənilib

Hazırda oxunan: Belqradda qalmaqal – Dövlət başçısının danışıqları dinlənilib

7279

Serbiyanın hüquq-mühafizə və xüsusi xidmət orqanları Prezident Aleksandr Vuçiçin danışıqlarının qeyri-qanuni dinlənilməsi məsələsini araşdırmağa başlayıb.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Aleksandr Vulin açıqlamasında deyib.

Onun sözlərinə görə, tezliklə DİN-in tərkibində olan Xidmətlər bu məsələyə aydınlıq gətirəcək. Bu barədə nazir “TV Prva” telekenalının efirində deyib.

“Dinləmə”nin nə məqsədlə edildiyi  barədə danışmaq hələ tezdir, lakin artıq aydındır ki, onlar xoş niyyətlə edilməyib”,- deyə, o, bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO